Əbülfəz Elçibəyin həyat yoldaşının cənazəsi Naxçıvana yola salınıb - YENİLƏNİB

15-06-2019, 07:05           
Əbülfəz Elçibəyin həyat yoldaşının cənazəsi Naxçıvana yola salınıb - YENİLƏNİB
Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin Türkiyənin İstanbul şəhərində vəfat etmiş həyat yoldaşı Həlimə Əliyevanın cənazəsi Naxçıvana yola salınıb.

"Report"un xəbərinə görə, cənazə gecə saatlarında İstanbul-Bakı reysi ilə Azərbaycana gətirilib.

H.Əliyeva öz vəsiətinə uyğun olaraq bu gün Ordubad rayonunun Kələki kəndində torpağa tapşırılacaq. Mərhumun yas mərasimi də həmin kənddə təşkil olunacaq.

***04:12

Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin Türkiyənin İstanbul şəhərində vəfat etmiş həyat yoldaşı Həlimə Əliyevanın cənazəsi İstanbul-Bakı reysi ilə Azərbaycana gətirilib.

"Report"un xəbərinə görə, Ə.Elçibəyin Türkiyədə yaşayan qızı Çilənay, kürəkəni Aqil Səmədbəyli də Bakıya gəlib.

H.Əliyevanın cənazəsini Müsavat başqanı Arif Hacılı, sabiq baş nazir Pənah Hüseyn, Ə.Elçibəyin ailə üzvləri və yaxınları qarşılayıblar.

Cənazə yaxın saatlarda ayrılan xüsusi təyyarə reysi ilə Naxçıvana aparılacaq. H.Əliyeva öz vəsiətinə uyğun olaraq bu gün Ordubad rayonunun Kələki kəndində torpağa tapşırılacaq. Mərhumun yas mərasimi də həmin kənddə olacaq.

Allah rəhmət eləsin!












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.