Gürcüstanda kazino mühafizəçiləri azərbaycanlı qadına fiziki güc tətbiq ediblər - VİDEO

17-06-2019, 06:03           
Gürcüstanda kazino mühafizəçiləri azərbaycanlı qadına fiziki güc tətbiq ediblər - VİDEO
Gürcüstanın Marneuli rayonunun mərkəzində yerləşən kazino qarşısında insident baş verib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Marneuli şəhər sakini olan qadın oğlunun kazinodan çıxarılmasını tələb edib.

Kazinonun mühafizəçiləri qadını kazinodan uzaqlaşdırmağa çalışıblar. Bu zaman mühafizəçilər qadına qarşı fiziki güc tətbiq ediblər.

Nəticədə qadının halı pisləşib. Mühafizəçilərin qadına əl qaldırması yerli sakinləri hiddətləndirib.

Hadisə yerinə polis əməkdaşları çağırılıb.

İnsidentlə bağlı araşdırma aparılır.
шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.