Aynar Məmmədov baş müşavir oldu - SƏRƏNCAM

19-06-2019, 16:17           
 Aynar Məmmədov baş müşavir oldu - SƏRƏNCAM
Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu, sabiq millət vəkili Elton Məmmədovun oğlu Aynar Məmmədova Milli Məclisdə yeni vəzifə verilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, dünən Azərbaycan Respublikası Milli Məclisi Aparatında və İşlər İdarəsində inzibati vəzifə tutan bir qrup dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi haqqında sərəncam imzalanıb. Sərəncamda Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin əməkdaşı Aynar Elton oğlu Məmmədovun da adı qeyd olunur. Bu gündən Aynar Məmmədov sözügedən şöbənin baş müşaviri vəzifəsində çalışacaq.

Məsələ ilə bağlı Elton Məmmədov Unikal.org-a açıqlamasında bildirib ki, Aynar Məmmədov uzun illərdir Milli Məclisdə çalışır: “Əvvəl kiçik məsələhətçi, sonra kiçik müşavir, bu gündən isə baş müşavir vəzifəsində öz işini davam etdirəcək”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.