Kanadada 9 mindən artıq insan təxliyə edildi - Səbəb?

20-06-2019, 07:19           
Kanadada 9 mindən artıq insan təxliyə edildi - Səbəb?
Kanadanın Alberta əyalətində 9 mindən artıq insan öz evini tərk etmək məcburiyyətində qalıb.

Trend-in "Global News"a istinadən verdiyi məlumata görə, insanların təxliyə edilməsinə səbəb meşə yanğınları olub.

Bildirilir ki, yanğınlardan biri 324 min kvadrat metr əraziy əyayılıb. Aprelin 18-i yanğınlar səbəbindən bir çox aviareys təxirə salınmışdı.

Qeyd edilir ki, meşə yanğınları burada may ayının sonundan başlayıb.

Hazırda Alberta əyalətinin ərzisində 2,4 minə yaxın yanğınsöndürən yanğınla mübarizə aparır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.