Ağ evə yeni mətbuat katibi təyin olunub

26-06-2019, 07:27           
Ağ evə yeni mətbuat katibi təyin olunub
ABŞ-ın birinci xanımı Melanya Trampın köməkçisi Stefani Qrişem Ağ evin yeni mətbuat katibi və ictimaiyyətlə əlaqələr üzrə direktoru təyin olunub.

"Report" xəbər verir ki, bunu iyunun 25-də Melanya Tramp öz "Twitter" səhifəsində yazıb.

"Stefani Qrişemin (Ağ evin – red.) növbəti mətbuat katibi və xarici əlaqələr üzrə direktor olacağını xəbər verməkdən şadam! O, 2015-ci ilin sentyabrından bizimlə idi. Prezident və mən administrasiya və ölkəyə xidmət üçün ondan uyğun şəxs təsəvvür edə bilmirik", - deyə o yazıb.

Qrişem sözügedən vəzifədə iyunun əvvəlində istefa verdiyini bəyan edən Sara Sandersi əvəz edəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.