“Yuventus” Buffonu geri qaytarır

26-06-2019, 07:29           
“Yuventus” Buffonu geri qaytarır
Fransanın PSJ klubunun qapıçısı Canluici Buffon yaxın vaxtlarda "Yuventus"a keçəcək.

"Report" xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano öz "Twitter" səhifəsində məlumat verib.

“Buffon "Yuventus"a qayıtmağa hazırdır! O, gələn mövsüm Şesninin əvəzedicisi olacaq. Cici tezliklə müqavilə imzalayacaq", — deyə Romano yazıb.

41 yaşlı Buffon “Yuventus"a pulsuz başa gələcək, çünki onun PSJ ilə müqaviləsi cari ilin 30 iyun tarixində bitir.

Buffon ötən mövsüm PSJ-də 25 oyun keçirib və 25 qol buraxıb. O, mövsümün sonunda Fransa çempionu olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.