Əfqanıstan Azərbaycana qarpız satacaq

26-06-2019, 07:28           
Əfqanıstan Azərbaycana qarpız satacaq
Əfqanıstan Azərbaycana qarpız satacaq. AzEuroNews.com xəbər verir ki, bu barədə Əfqanıstan Ticarət və Sənaye Palatası məlumat yayıb. Məlumatda deyilir ki, birinci mərhələdə Azərbaycana 2 min ton Əfqanıstan qarpızı ixrac ediləcək. İdarənin açıqlamasında bildirilir ki, dövlət sahibkarlara xarici bazarı açaraq onları meyvə-tərəvəz əkininə təşviq etmək üçün Azərbaycan kimi ölkələrlə danışıqlara başalayıb.

Danışıqların nəticəsi olaraq Azərbaycan Əfqanıstandan qarpız almağa razılıq verib. İlk mərhələdə Azərbaycana göndəriləcək qarpızın miqdarı bazarın tələbinə uyun olaraq sonrakı mərhələlərdə artırılacaq.

Əfqanıstan hökuməti iqtisadi eksperlərlə birgə qərara gəlib ki, bu istiqamətdə çox yaxşı münasibətlərin olduğu Azərbaycan, İran, Türkiyə kimi ölkələrdə marketinq şirkətləri yaradılsın.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.