Meksikada güclü fırtına olub: 2 nəfər həlak olub

26-06-2019, 07:36           
Meksikada güclü fırtına olub: 2 nəfər həlak olub
Meksikada Tamaulipas ştatının Reynosa şəhərində güclü fırtına qeydə alınıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində ən azı 2 nəfər həlak olub, şəhərin 57 rayonuna ziyan dəyib.

Məlumata əsasən, iki nəfərdən biri suda boğulub, digəri isə avtomobildən çıxarıla bilmədiyi üçün onu su axını aparıb.

Bir anda yağıntıların səviyyəsi orta hesabla 10,5 santimetr təşki edib, küçələri, yaşayış evlərini su basıb, bir neçə xəstəxanaya ziyan dəyib.

Şəhər hakimiyyəti zərərçəkənlər üçün bir neçə sığınacaq açıb, orada onlarla insan müvəqqəti sığınacaq tapıb












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.