Şamaxıda ərəb turistlər qəzaya düşdü - yaralılar var/Foto

1-07-2019, 07:42           
Şamaxıda ərəb turistlər qəzaya düşdü - yaralılar var/Foto
Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Bakı-Şamaxı-Yevlax magistralının Şamaxıdan keçən hissəsində iki minik maşını toqquşub.

Ağır qəzada beş nəfər xəsarət alıb.

İlkin məlumatlara görə, avtomobillərdən biri Şamaxı sakininə məxsusdur, digərində isə ərəb turistlər olub.

Hadisəyə yağışlı havanın səbəb olduğu bildirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.