Bakıda süpürgəçini vuran qadın sürücü şoka düşdü - Video

1-07-2019, 08:08           
Bakıda süpürgəçini vuran qadın sürücü şoka düşdü - Video
Bakıda bir müddət əvvəl avtomobil ilə vurulan süpürgəçi qadının vurulma anının videosu yayılıb.
Teref.az Avtosfer.az-a istinadla xəbər verir ki, baş verən qəza zamanı küçə süpürən qadın əlindəki arabasını sürərək altı zolaqlı yolu keçməyə çalışır.

Bu zaman yolda hərəkətdə olan avtomobil tərəfindən vurulur. Qadın yerindəcə dünyasını dəyişir. Küçə süpürən qadını vuran da elə xanım sürücü olur. Avtomobildən düşən xanım sürücü qadının öldüyünü görərək dəhşətə gəlir və şok vəziyyətinə düşür.

Qeyd edək ki, vurulan piyada avtomobillərin intensiv hərəkətdə oduğu yerdən qaça-qaça yolu keçmək istəyir və qəfildən maşının qarşısına çıxır. İdarəetməni itirən sürücü ona çırpılır.

Həmin görüntüləri təqdim edirik:












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.