Günəş tutulması baş verib - YENİLƏNİB

3-07-2019, 06:36           
Günəş tutulması baş verib - YENİLƏNİB
Bu ilin ikinci Günəş tutulması (tam tutulma) baş verib.

Report xəbər verir ki, bu tutulma 2001-ci ilin iyunun 21-də tam Günəş tutulmasının təkrarıdır.

Növbəti belə Günəş tutulmasının 13 iyul 2037-ci ildə baş verəcəyi ehtimal olunur. Təbiət hadisəsi 4 saat 55 dəqiqə davam edib.

***20:55

Bu gün Günəş tutulması (tam tutulma) hadisəsi başlayıb.

AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasından "Report"a verilən məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 20:55-dən iyulun 3-ü saat 01:50-dək davam edəcək.

Günəş tutulması Cənubi Amerika, Çili, Argentina və Sakit okeanın cənubundan aydın görünəcək. Təbiət hadisəsini Azərbaycanda müşahidə etmək mümkün olmayacaq.

Növbəti belə təbiət hadisəsi cari il dekabrın 26-na təsadüf edəcək.

Qeyd edək ki, bu ilin ilk Günəş tutulması yanvarın 6-da qeydə alınıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.