Tripoliyə edilən hava zərbələri nəticəsində 40-dan çox qaçqın ölüb 3-07-2019, 06:48 Liviyanın paytaxtı Tripoli şəhərində qaçqınların məskunlaşdığı düşərgəyə hava hücumundan zərbələr endirilib.APA “lenta.ru”ya istinadla xəbər verir ki, hadisə nəticəsində 40-dan çox insan ölüb. Həkimlərin sözlərinə görə, 80-dən çox yaralı var. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Tvitter-də ölən və yaralanan miqrantlardan son dərəcə narahat olduğunu bildirib. Facebook-da paylaş