Baş redaktorun apelyasiya şikayəti təmin edilməyib

4-07-2019, 11:20           
Baş redaktorun apelyasiya şikayəti təmin edilməyib
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən “Qafqaz” xəbər agentliyinin baş redaktoru Mahmud Tağıyevin barəsində olan hökmdən apelyasiya şikayəti başa çatıb. .

APA-nın məlumatına görə, Bakı Apelyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, M. Tağıyevin şikayəti təmin edilməyib.

Qeyd edək ki, M. Tağıyev ötən il həbs edilib. İstintaq orqanı tərəfindən ona Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan olunub.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində “ŞURATAZ LTD” MMC-yə faktiki rəhbərlik edən Xaliq Nəriman oğlu Abbasov və “Nort Vest Konstrakşn” MMC-nin icraçı direktoru Elçin Tofiq oğlu Bədəlov, həmçinin daha iki nəfər tanınıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmlü ilə M. Tağıyev 12 il müddətə azadlıqdan məhrum edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.