Britaniyalı turist Tailandda qorxu filminə baxarkən ölüb - FOTO - VİDEO

5-07-2019, 01:34           
Britaniyalı turist Tailandda qorxu filminə baxarkən ölüb - FOTO - VİDEO
Britaniyalı turist Tailandda kinoteatrda qorxu filminə baxarkən ölüb.

Bu barədə "Report" "Daily Mail"ə istinadən xəbər verir.

Məlumata görə, hadisə Pattayedə baş verib. Qeyd edilir ki, 77 yaşlı Bernard Çenninq yeni "Lənətlənmiş Annabel 3" filmini izləyirmiş. Filmin nümayişi başa çatdıqda kinoteatrın zalının işığı yandırılıb. Məlum olub ki, britaniyalı turist ölüb.

Kinoteatrın işçiləri təcili yardımı çağırıblar. Kinoteatra gələn həkimlər turistin ölümünü təsdiqləyiblər.

Yerli sakin Montira Phenqrat bildirib ki, kinozaldakılar şoka düşüblər və pis olublar. Filmin seyrçilərinin çoxu meyitlə bir yerdə əyləşmələrindən qorxublar.

Polis hələlik Bernardın ölümünün səbəbini açıqlamayıb. Hadisənin əsl səbəbi araşdırmadan sonra məlum olacaq.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.