Milyarder ailəsi ilə qəzada öldü

5-07-2019, 09:47           
Milyarder ailəsi ilə qəzada öldü
Milyarder və kömür maqnatı Kris Klayn da olmaqla 7 nəfər Baham adalarında helikopterin qəzaya uğraması nəticəsində həlak olub.

Reyting.az xarici mediaya istinadla xəbər verir ki, Amerika hökumətinin məlumatına görə, qəza iyulun 4-də səhər saatlarında qeydə alınıb.

Helikopter Baham adalarının şimal sahili yaxınlığında Atlantik okeanına düşüb. Qəza uçuşdan dərhal sonra baş verib.

Göyərtədəki 7 nəfərdən heç birini xilas etmək mümkün olmayıb. Dostları ölənlərdən birinin Klayn olduğunu tanıya biliblər. O, 62 yaşı bitən ərəfədə ölüb. Qalanların şəxsiyyəti hələ ki müyyənləşdirilməyib. KİV-lərdəki məlumata görə, ölənlərin əksəriyyəti milyarderin ailə üzvləridir.

“Forbes”in məlumatına əsasən, Klaynın varidatı ölən zaman 1,8 milyard dollara yaxın olub. O, 2000-ci illərin əvvəllərində varlanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.