Fransada 600 min avroluq şərab oğurlanıb

6-07-2019, 00:09           
Fransada 600 min avroluq şərab oğurlanıb
Fransada bir restoranın anbarından ümumi dəyəri 600 min avro olan 150 butulka şərab oğurlanıb. AzEuroNews.com xəbər verir ki, hadisə Fransanın paytaxtı Parisdə qeydə alınıb. Belə ki, Parisin məşhur “Maison Rostang” restoranının anbarına tünel qazan şəxslər gecə ilə oradan ‘Petrus’, ‘Romanee Conti’ kimi məşhur şərabları oğurlayıblar.

Oğurluq hadisəsindən səhər xəbər tutan restoran rəhbərliyi dərhal polisə məlumat verib.

Hazırda Paris polisi şəhərdə şərab oğrularını axtarır.

Kimi Sevmir












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.