SON DƏQİQƏ: Bakıda bina uçdu - ANBAAN VİDEO

7-07-2019, 16:33           
SON DƏQİQƏ: Bakıda bina uçdu - ANBAAN VİDEO
Ətrafa yığılmış insanlar binanın uçmasını gözləyir.

Paytaxtın Nərimanov rayonunda bir neçə ay öncə sakinləri evakuasiya edilən 5 mərtəbəli binanındivarının uçması görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Vətəndaşlar həmin divar sökülən zaman təhlükəsizlik qaydalarına əməl olunmadığını iddia ediblər.

Məsələ ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətinin şöbə müdiri Hüseyn Cəfərov Xəzər Xəbərə bildirib ki, Mayakovskiküçəsindəki qəzalı vəziyyətdə olan binaların ətrafında təhlükəsizlik tədbirləri görülsə də, söküntü işlərinə start verilməyib. Sözügedən hissə isə heç bir müdaxilə olmadan uçub.

Hazırda qəzalı binadan köçürülən sakinlər kirayə evlər ilə təmin olunublar.

Köçürülən sakinlərin bundan sonrakı aqibətinə gəlincə, Hüseyn Cəfərov bildirdi ki, onlar yeni mənzillər ilə təmin olunacaqlar.

Hüseyn Cəfərovun sözlərinə görə, hazırda Mayakovski 10 nömrəli binada da sakinlərin köçürülməsi işləri davam etdirilir. Proses yekunlaşdıqdan sonra o bina da sökülərək, vətəndaşlar yeni mənzillər ilə təmin olunacaqlar.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.