Ölkəyə saxta linzalar gətirilir: EHTİYATLI OLUN!

9-07-2019, 00:00           
Ölkəyə saxta linzalar gətirilir: EHTİYATLI OLUN!
"Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) istehlakçılar tərəfindən daxil olmuş məlumatların təhlili göstərir ki, bir sıra mallar kimi insan orqanizminin ən həssas üzvü olan göz əməliyyatlarında istifadə olunan göz protezlərinin - linzaların qaçaqmal yolu ilə gətirilən partiyalarından bəzi göz klinikalarında geniş istifadə olunur”.
Teref.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə qurumun sədri Eyyub Hüseynov bildirib. O qeyd edib ki, bir çox şirkətlərin istehsal etdiyi, xüsusən “Alcon” şirkətinin “Acry sof” göz protezləri zərərlidir.

E.Hüseynov göz əməliyyatları zamanı bu linzalardan istifadə edəcək xəstələrə də müraciət edib:

“Onlar mütləq linzaların mənşə sertifikatını əldə edib, surətini götürsünlər. Daha sonra linzanın qutusunu götürüb saxlaya və istəsələr AİİB-ə müraciət edib obyektiv məlumat ala bilərlər. Hazırda AİİB tərəfindən bu məsələ istehlakçılardan daxil olan məlumat əsasında araşdırılır və qaçaqmalçıların fəaliyyətini stimullaşdırıb, istehlakçıların sağlamlığını təhlükə altına qoyan həkimlərin və klinikaların müəyyənləşdirilməsi üçün ictimai nəzarətimizi davam etdiririk.

Şəffaflığın və obyektivliyin təmin olunması üçün AİİB tərəfindən Bakı şəhərində fəaliyyət göstərən AMT Klinikaya, Respublika Diaqnostika Mərkəzinə, Z.Əliyeva adına Milli Oftamologiya Mərkəzinə, “Bakı” göz klinikasına, ”Caspian Compassion Projekt” göz klinikasına, “Celamig” göz klinikasına, ”Lanset” klinikasına, “Brizol” göz klinikasına sorğu və məlumat xarakterli rəsmi müraciətlər olunub"












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.