Bakıda Hollivud filmlərinə bənzər hadisə: Kamran Həsənov polisə xəsarət yetirdi - VİDEO

8-07-2019, 23:34           
Bakıda Hollivud filmlərinə bənzər hadisə:  Kamran Həsənov polisə xəsarət yetirdi - VİDEO
Bakıda Yol polisi qaydaları kobud şəkildə pozan sürücülərə qarşı reyd keçirib.

7News.Az xəbər verir ki, İTV-nin "Qanundan kənar" verilişində yayımlanan kadrlarda avtomobili narkotik vasitələrin təsiri altında idarə etdiyi ehtimal olunan tələbə süni tıxac vasitəsi ilə saxlanılıb.

Məlum olub ki, həmin şəxs İqtisad Universitetinin 4-cü kurs tələbəsi Kamran Həsənovdur. Avtomobil saxlanılan zaman onun avtomobilindən energetik içkilər və şprits aşkarlanıb.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə ona 30 gün müddətinə inzibati qaydada həbs edilib. (baku ws)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.