Ərindən boşanan qadın özünü binadan atdı

10-07-2019, 00:34           
Ərindən boşanan qadın özünü binadan atdı
Bakıda 18 yaşlı qadın intihar edib.
Nizami rayonda yaşayan 2001-ci il təvəllüdlü Məmmədova A. yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb.

18 yaşlı qadın 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin təfərrüatına görə, A. Məmmədova bir müddət əvvəl həyat yoldaşından boşanıb. Azyaşlı övladı ilə ata evinə gəlib. A. Məmmədova bundan sonra bir nəfər şəxslə sevgi münasibəti yaşayıb, lakin anası qızına bu məsələ ilə bağlı qadağa qoyub.

Qız bundan sonra intihar edib. A. Məmmədovun azyaşlı bir qız övladı olub.

Bakupost.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.