Kanadada oteldə 43 nəfər dəm qazından zəhərlənib

10-07-2019, 07:53           
Kanadada oteldə 43 nəfər dəm qazından zəhərlənib
Kanadada oteldə onlarla insan dəm qazından zəhərlənib.

Bu barədə “Report” CBC telekanalına istinadən xəbər verir.

Yerli administrasiyaya istinadən yayılan xəbərdə bildirilir ki, hadisə Vinnipeqdəki “Super 8 Motel West” otelində baş verib.

Mehmanxananın daxilində karbon oksidin konsentrasiyası təhlükəli səviyyəni on dəfələrlə ötüb. Güman edilir ki, fövqəladə hadisə qazın mətbə plitələrində natamam yanmasına və ya pis ventilyasiyaya görə olub.

Hadisə zamanı ümumilikdə 46 nəfər dəm qazından zəhərlənib. Onların hamısı xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərdən 15-i kritik vəziyyətdədir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.