Goranboyda silahlı insident baş verib, 3 nəfər xəsarət alıb TƏFƏRRUAT

13-07-2019, 07:21           
Goranboyda silahlı insident baş verib, 3 nəfər xəsarət alıb TƏFƏRRUAT
Goranboyda baş verən silahlı insident nəticəsində üç nəfər xəsarət alıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə rayonun Goran qəsəbəsində olub.

Hadisə nəticəsində Kəlbəcər rayon sakini, 1986-cı il təvəllüdlü Kərimov Vüsal Əlövsət oğlu, Goranboy rayon sakini, 1999-cu il təvəllüdlü Əmrahov Təbriz Xaliq oğlu və Goranboy rayon Boluslu kənd sakini, 1994-cü il təvəllüdlü Həsənov Səfər Nəsir oğlu xəsarət alıblar.

Hadisənin Vüsal Kərimovla Təbriz Əmrahov arasındakı mübahisə zəminində baş verdiyi bildirilir. Məlumata görə, V.Kərimov polis leytenantı, hadisənin digər iştirakçısı Səfər Həsənov isə Goran qəsəbəsində mühafizə xidməti əməkdaşıdır.

Yaralılar Goranboy rayon xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma başlanılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.