Bakıda möhtəşəm toy – Zakir Həsənov qiymətli hədiyyə göndərdi + FOTOLAR

14-07-2019, 09:25           
Bakıda möhtəşəm toy – Zakir Həsənov qiymətli hədiyyə göndərdi + FOTOLAR
Bu gün Aprel döyüşlərində şəhid olan Nurəddin Mirzəyevin qardaşı Nəcməddin Mirzəyevlə eyni döyüşdə şəhid olan Rəşid Baxşəliyevin bacısı Gülzar Baxşəliyevanın toyu olub.

Bakıda keçirilən toy mərasimində deputatlar Adil Əliyev, Aydın Hüseynov, Beyləqan korpusunun komandir heyəti, qazilər iştirak ediblər.

Bundan başqa Əməkdar artistlər Rafael İsgəndərovla Coşqun Rəhimov da toy mərasimində iştirak edənlər arasında olublar.

Müdafiə naziri Zakir Həsənov bəylə gəlinə təbrik məktubu göndərməklə yanaşı, onlara qiymətli hədiyyə bəxş edib(Qafqazinfo).

















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.