“YouTube” və “Instagram” ulduzu qəzada ölüb

15-07-2019, 07:09           
“YouTube” və “Instagram” ulduzu qəzada ölüb
Tanınmış britaniyalı bloger Emili Hartric 35 yaşında yol qəzası nəticəsində həlak olub.

Trend-in “RİA Novosti”yə istinadla verdiyi məlumata görə, E.Hartric Londonda öz evi yaxınlığında elektrik skuterdə yük maşını ilə toqquşub.

“YouTube” və “Instagram” ulduzu hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, Emili Hartric “YouTube”dakı bloqu (340 min izləyici) və “Instagram” hesabı (50 min izləyici) sayəsində tanınıb. E.Hartricin bloqunun əsas mövzuları “lifestyle” (həyat tərzi) və sağlam həyat tərzi olub. “YouTube” və “Instagram” ulduzu tez-tez məşqlərdən foto və videolar, həmçinin səyahətlərdən vloqlarla paylaşırdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.