20 yaşlı qız maşın almaq üçün printerdə 15 min avro çap etdi

19-07-2019, 08:40           
20 yaşlı qız maşın almaq üçün printerdə 15 min avro çap etdi
Almaniyada 20 yaşlı qız almaq istədiyi avtomobilin qarşılığında evindəki printerdə çap etdirdiyi 15 min avronu verməyə cəhd edərkən polis tərəfindən saxlanılıb.

"Deutche Welle" xəbər verir ki, Pirmazens şəhərinin sakini adi ofis vərəqələrində 50 və 100 avrolıq əsginaslar çap etdirib və sonra onlarla avtosalona gedib.

Qız avtosalonda saxta pullarla ödəniş etmək istəyərkən polis tərəfindən saxlanılıb. Polisləri daha çox saxta pulların keyfiyyəti təəccübləndirib, belə ki, onlar əsl əsginaslara heç bənzəməyib.

Qıza qarşı cinayət işi başladılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.