"Maykrosoft"dan şok oğurluq: 10 milyon dollar...

21-07-2019, 06:32           
"Maykrosoft"dan şok oğurluq: 10 milyon dollar...
Vladimir Kvaşuk adlı Ukrayna vətəndaşının “Maykrosoft” şirkətindən 10 milyon dollardan çox pul oğurladığı üzə çıxıb.

Axar.az xəbər verir ki, şirkətin elektron satış mağazasının test eksperti kimi çalışan 25 yaşındakı Kvaşukun “Maykrosoft”un hədiyyə kartlarını alaraq üçüncü şəxslərə satdığı bəlli olub.

Ekspert kimi çalışan şəxsin bu üsulla 10 milyon dollardan çox gəlir əldə etdiyi müəyyənləşib.

Vaşinqton əyalət prokurorluğundan verilən açıqlamada ukraynalı vətəndaşın dələduzluq yolu ilə şəxsi bank hesabına 2.8 milyon dollar pul köçürdüyü və lüks həyat sürdüyü bildirilib:

“Kvaşuk əldə etdiyi gəlirdən 160 min dollara Tesla avtomobili və 1.6 milyon dollara göl kənarında lüks ev almaq üçün istifadə edib”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.