Bakının bu ərazilərində işıq olmayacaq

22-07-2019, 09:54           
Bakının bu ərazilərində işıq olmayacaq
Bu gün saat 10:00-dan 14:30-a qədər Pirşağı qəsəbəsi və Lahıc bağları ərazisində elektrik enerjinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Bu barədə Axar.az-a Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, fasilə Pirşağı qəsəbəsi və Lahıc bağlarının bəzi ərazilərində elektrik verilişi xətlərində aparılan yenidənqurma işləri ilə əlaqədardır.
"Azərişıq" yaranan narahatlığa görə istehlakçılardan üzr istəyir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.