Norveçdə Utoya faciəsi qurbanlarının abidəsini alçaldan iki nəfər həbs edilib

23-07-2019, 07:22           
Norveçdə Utoya faciəsi qurbanlarının abidəsini alçaldan iki nəfər həbs edilib
Norveç polisi 2011-ci ildə Anders Breivik tərəfindən törədilən terror aktında ölən 77 nəfərin xatirəsinə ucaldılan abidəni ləkələməkdə şübhəli bilinən iki nəfəri saxlayıb.

"Report" Rusiya mətbuatına istinadən məlumat verir ki, onlar abidə üzərində qeyri-etik sözlər və rəsmlər çəkiblər.

Polis gənclərin əvvəllər qanun pozuntularına görə məsuliyyətə cəlb edilib-edilmədikləri və millətçi bir təşkilata üzv ola biləcəkləri barədə məlumat vermir.

Məsələ ilə bağlı araşdırmalara başlanılıb. Bu hadisədə iştirakda ehtimal edilən şəxslər hələki məlum deyil.

Qeyd edək ki, O, 2011-ci ildə Oslonun mərkəzində partlayış törədərək gənclər düşərgəsini gülləbaran etmişdi.

Həmin hadisələr nəticəsində 77 nəfər həlak olmuşdu.

2012-ci ildə o, 21 il müddətinə həbs cəzasına məhkum edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.