Vilayət Eyvazov rəisi işdən azad etdi - Yeni təyinat

14-08-2019, 18:51           
Vilayət Eyvazov rəisi işdən azad etdi - Yeni təyinat
Daxili işlər orqanlarında yeni təyinat olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə, Ağcabədi rayon 6 saylı qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Babək Mərdanov daxili işlər orqanlarında xidmətkeçmə haqqında əsasnaməyə uyğun olaraq yaş həddinə görə təqaüdə göndərilib. Onun yerinə isə, polis kapitanı Fərid Mayılov təyin edilib.

Xəbəri Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis leytenantı Aslan Qiyaslı təsdiqləyib.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.