Vyanada jurnalist qətlə yetirilib

22-08-2019, 07:06           
Vyanada jurnalist qətlə yetirilib
Avstriyalı idman jurnalisti və fotoqraf Friç Duras Vyanada qətlə yetirilib.

“Report” TASS-a istinadən xbər verir ki, bu barədə Beynəlxalq İdman Mətbuat Assosiasiyası məlumat yayıb.

Qeyd olunub ki, hadisə 19 avqust, gecə saatlarında Vyanın Zimmerinq rayonunda qeydə alınıb. Qatil 17 yaşlı gəncdir. Onun hansı məqsədlə 57 yaşlı jurnalistə hücum etməsi məlum deyil.

Bundan başqa mərhum jurnalist Vyanadakı “Austrii” fan-klubunun rəhbəri idi. O, futbol üzrə ixtisaslaşmış Robert Zolles agentliyində də fotoqraf kimi çalışırmış.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.