Qaçqın kampında azərbaycanlıların iştirakı ilə kütləvi dava – Almaniyada

22-08-2019, 07:01           
Qaçqın kampında azərbaycanlıların iştirakı ilə kütləvi dava – Almaniyada
Almaniyanın Deggendorf şəhərində azərbaycanlılarla Nigeriya və Seneqaldan olan şəxslər arasında qarşıdurma baş verib. Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki,
hadisə ötən gün təxminən saat 17:00 radələrində baş verib.

Belə ki, dünən 15-16 yaşlı bir azərbaycanlı xanım Nigeriya və Seneqaldan olan şəxslər yaşadığı binanın ətrafında olanda sərxoş nigeriyalılar ona hücum ediblər.
Hücuma məruz qalan xanım yaranan münaqişədən qaça bilib.
Bir müddət sonra isə azərbaycanlılar qarşı tərəfin yaşadığı binaya daxil olub, məsələnin səbəbini araşdırmaq istəyiblər.Bu zaman qarşıdurma baş verib. Qarşıdurmada hər iki tərəfdən xeyli sayda yaralanan olub. Müəyyən vaxt keçdikdən sonra isə nigeriyalılar və seneqallılar azərbaycanlılar yaşadığı kampa hücum çəkiblər. Daş, dəmir parçaları atıblar. Bütün pəncərələri vurub, sındırıblar. Əraziyə yüzə yaxın xüsusi təyinatlı polis dəstəsi cəlb edilib. Hər iki tərəfdən də bir neçə nəfər saxlanılıb. Xəsarət alanlar isə xəstəxanalara yerləşdirilib. Xəsarət alan azərbaycanlılar bu gün xəstəxanadan buraxılıblar. Lakin polis bölməsinə aparılanların bəziləri hələ ki, buraxılmayıb.
İnsident nəticəsində tərəflər arasında ağır xəsarət alan və ya ölən yoxdur.
Hazırda həmin kamp polis nəzarətindədir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.