Araz Ağalarovun qardaşı qızı qarət olundu

22-08-2019, 13:05           
Araz Ağalarovun qardaşı qızı qarət olundu
Tanınmış biznesmen Araz Ağalarovun qardaşı qızı, iş qadını Səbinə Ağalarovanın Rusiyadakı evi qarət olunub.

Qaynarinfo "REN TV”yə istinadən xəbər verir ki, iş xanımı polisə müraciət edərək şəhərin Leninsk prospektində yerləşən mənzilindən külli miqdarda pulun oğurlandığını bildirib.

Ağalarovanın evindən 1 milyon rubl (25 min 800 AZN) və 25 min ABŞ dolları (42 min 500 AZN) oğurlanıb. Bundan başqa, oğrular Səbinə Ağalarovanın 2 ədəd xəz paltosunu aparıblar. Oğrular ev sahibəsinin qiymətli bəzək əşyalarına toxunmayıb.

Ağalarova öz əməkdaşlarından və mühafizəçisindən şübhələnir. Faktla bağlı Rusiya polisi araşdırmalara başlayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.