Erməni kriminal avtoritetin həbs olunma anlarının VİDEO-su yayıldı

24-08-2019, 17:05           
Erməni kriminal avtoritetin həbs olunma anlarının VİDEO-su yayıldı
Ötən il Ermənistan xüsusi xidmət orqanları tərəfindən həbs olunan və 2 aydan sonra girov müqabilində azadlığa buraxılan "Dop Pipo" ləqəbli məşhur erməni kriminal avtoritet Artur Asaturyanın həbs olunma anlarının videosu yayılıb.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildiri ki, "Dop Pipo" Azərbaycanın Cəbrayıl və Füzuli rayonlarının işğalı zamanı erməni ordusunun 5-ci briqadasına başçılıq edən cinayətkar general Manvel Qriqoryan ilə birlikdə həbs olunub. Həbsdən sonra aparılan axtarış zamanə onlara məxsus evlərdən külli miqdarda silah və sursat da aşkar edilərək götürülüb.
"Dop Pipo"nun keçmiş Ermənistan iqtidarı və Rusiyanın kriminal dairələrilə sıx əlaqələri olub. Hətta bu ölkənin aparıcı media orqanlarından biri olan "Jamanak" qəzeti Rusiya xarici işlər naziri Sergey Lavrovun 2017-ci ildə Ermənistana səfəri zamanı "Dop Pipo"nun Eçmiədzindəki malikanəsinda qaldığını yazıb.
Bildirilir ki, "Don Pipo"nun Ermənistandakı biznesindən əlavə Moskvada fəaliyyət göstərən "Danvesta" adlə şirkəti var vəhansı ki, bu şirkət Rusiya paytaxtında yüzlərlə ticarət köşkünü idarə edir. "Don Pipo"nun klanı vaxtilə "Ded Xasan" ləqəbli yezidi kürdü, kriminal aləmin kralı Aslan Usoyanla müharibə edib. 2013-cü ildə İtaliya hüquq-mühafizə orqanları "Don Pipo"nun "Ded Xasan”ın ölümündə əli olduğunu bildirərək onun barəsində beynəlxalq axtarış elan edib. Lakin barəsində beynəlxalq axtarışın elan edilməsinə baxmayaraq "Don Pipo" Eçmiədzində, erməni kilsəsinin yaxınlığında tikdirdiyi malikanəda yaşayıb.
"Dop Pipo"nun həbs olunma anlarının videosunu təqdim edirik:













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.