Keniyadakı "Cəhənnəm darvazası" parkında 7 nəfəri sel aparıb

2-09-2019, 07:04           
Keniyadakı "Cəhənnəm darvazası" parkında 7 nəfəri sel aparıb
Keniyanın cənubundakı milli parkların birində suyun səviyyəsinin qəfildən qalxması nəticəsində 6 turist və bir bələdçini sel aparıb.

APA xəbər verir ki, bu barədə “France Presse” agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb.

İnsident “Cəhənnəm darvazası” parkında baş verib. Ölənlərdən birinin cəsədi artıq tapılıb, digər 6 nəfər isə itkin düşmüş hesab olunur. Gecə saatlarına qədər aparılan axtarış işləri səhər saatlarınadək təxirə salınıb.

Bildirilir ki, 7 nəfərin hamısı Keniya vətəndaşlarıdır. Turistlər Afrikanın şərqindəki hind cəmiyyətinə mənsubdurlar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.