Qadın və oğlu güllələndi, evləri yandırıldı - Gədəbəydəki insidentə görə saxlanılan var

2-09-2019, 12:26           
Qadın və oğlu güllələndi, evləri yandırıldı - Gədəbəydəki insidentə görə saxlanılan var
Daxili İşlər Nazirliyi (DİN) Gədəbəy rayonunda baş verən insedentlə bağlı məlumat yayıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib. Bildirilib ki, avqustun 31-də Gədəbəy rayonunun Arısu kəndi ərazisində Şəmkir rayon sakini Ə.Həsənov münaqişə zəminində tüfəngdən açdığı atəşlə kənd sakini olan qohumu R.Vəliyevaya qolundan, onun oğlu A.Əliyevə isə ayaq nahiyəsindən xəsarət yetirib.

Ə.Həsənov sonradan R.Vəliyevaya məxsus 2 mərtəbəli evə neft tökərək yandırıb. Nəticədə oradakı əşyalar, habelə 20 kvm. sahədə dam örtüyü yanıb.

Yanğın söndürülüb, R.Vəliyeva və A.Əliyev xəstəxanaya yerləşdirilib.

Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən Ə.Həsənov saxlanılıb.

Cinayət əməlini törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi ondan götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.