Dövlət Gömrük Komitəsi səlahiyyətlərinin bəzilərini itirir... - Avtomobil idxalı DYP-yə verilə bilər

23-11-2015, 12:22           
Dövlət Gömrük Komitəsi səlahiyyətlərinin bəzilərini itirir... - Avtomobil idxalı DYP-yə verilə bilər
Dövlət Gömrük Komitəsi səlahiyyətlərinin bəzilərini itirə bilər. Bu barədə DİA.AZ-a hökumtədəki məlumatlı mənbə informasiya verib. Xəbəri verən qaynaq iddia edir ki, yaxın günlərdə ölkəyə avtomobil idxalı ilə bağlı mühüm qərarlar verilə bilər.

Mənbənin söylədikləri: "Ölkəyə avtomobillərin gətirilməsi DYP-yə həavlə oluna bilər. Artıq bununla bağlı müəyyən ideyalar səslənib. Və ola bilsin ki, yaxın günlərdə qərar verilsin".

Mənbə dia.az-a bildirir ki, eyni zamanda Dövlət Gömrük Komitəsində kadr islahatının - ixtisarların da aparılması planlaşdırılır:

"DGK-nin bəzi idarələrinin ləğvi gözlənilir. Bütün bunları hökumtəin "kəmərsıxma" prosesinin davamı kimi də qəbul etmək olar".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.