ABŞ-da elektron siqaretdən istifadə səbəbindən 3 nəfər ölüb

7-09-2019, 07:43           
ABŞ-da elektron siqaretdən istifadə səbəbindən 3 nəfər ölüb
ABŞ-da elektron siqaret istifadə etdikdən sonra ağ ciyər xəstəliyi ilə xəstəxanaya müraciət edən 3 nəfər ölüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın xəstəliklərə nəzarət və profilaktikası mərkəzlərindən bildiriblər.

Məlumata əsasən, ölkənin 33 ştatında 450 nəfərdə elektron siqaretdən istifadədən sonra yaranan ağ ciyər xəstəliyi faktı araşdırılır. Bir həftə öncə bu göstərici 25 ştat üzrə 215 nəfər olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.