Alman polisi 7 azərbaycanlı barəsində həbs qərarı seçib

7-09-2019, 07:52           
Alman polisi 7 azərbaycanlı barəsində həbs qərarı seçib
Almaniyanın Deggendorf şəhərinin polisi Bavariya şəhərində sığınacaq axtaran Nigeriya və Azərbaycan mühacirləri arasında baş vermiş kütləvi dava nəticəsində 7 azərbaycanlının barəsində həbs qətimkan tədbiri qərarını seçib.Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Azərbaycandan olan 27, 34, 37 və 39 yaşlı yeddi vətəndaşa qarşı polisə müqavimət ittihamı ilə həbs qərarı verilib.

Məlumata görə, digər 38 yaşlı azərbaycanlı isə İtaliyaya deportasiya olunması üçün hazırda həbsdədir.

Qeyd edilir ki, azərbaycanlılarla yanaşı 28 yaşlı bir nigeriyalı da həbs edilib.

Xatırladaq ki, Almaniyanın Bavariya şəhərində sığınacaq axtaran Nigeriya və Azərbaycan mühacirləri arasında kütləvi dava baş verib. Qarşıdurma zamanı 3 düşərgə gözətçisi və 2 polis əməkdaşı daxil olmaqla 9 nəfər yaralanıb. Eyni zamanda qaçqın düşərgəsinin binasına ciddi maddi ziyan vurulub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.