Falçı cadu götürmək adı ilə təqaüdçünün 5 min dollarını aldı

7-09-2019, 17:50           
Falçı cadu götürmək adı ilə təqaüdçünün 5 min dollarını aldı
Moskva vilayətindəki Lobnya şəhərində təqaüdçünü aldadıblar. Falçı cadu götürmək adı ilə 63 yaşlı qadının 300 min rublunu (təxminən 5 min dollar) alıb.

Manevr.az xəbər verir ki, falçı özünü şəfa vermək gücündə olan adam kimi təqdim edib, Bolqarıstandan gəldiyini bildirib. Dələduz qadın təqaüdçünü inandırıb ki, pulu bir yaylığın içinə qoyub müəyyən ritual keçirməsələr, qızı ölə bilər. Təqaüdçü əvvəlcə ona 140 min rubl, qır-qızıl və üç yumurta verib. Amma falçı təkid edib ki, bank kartındakı bütün pulları çıxarmaq lazımdır. Yaşlı qadın belə də davranıb. Evə gələndə isə dəfələrlə düyünlənmiş yaylığın içində heç nə olmadığını görüb.

Polisə məlumat verilib. Falçını tez ələ keçiriblər. O, pulların bir hissəsini xərcləməyə, qızılları satmağa imkan tapıb. Falçının əvvəllər məhkum olunduğu üzə çıxıb. Onu 10 il həbs cəzası gözləyir.bizimyol.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.