İntihar edən qadına əri "bağışlayıram səni, düş aşağı" deyib - Şahidlər danışdı

23-11-2015, 18:58           
İntihar edən qadına əri "bağışlayıram səni, düş aşağı" deyib - Şahidlər danışdı
Bakıda 25 yaşlı ananın intihar etməsi ilə bağlı yeni xəbərlər var.

Hafta.az xəbər verdiyi kimi, Sabunçu Rayon Prokurorluğununun məlumatına görə, bu gün saat 14.45 radələrində Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, "Uğur-2" yaşayış kompleksində intihar hadisəsi qeydə alınıb.

Həmin ünvanda yaşayan, 1990-cı il təvəllüdlü Ayşən Dadaşova özünü 19-cu mərtəbədən atıb. O, hadisə yerindəcə keçinib.

Hafta.az-ın hadisə yerində olan əməkdaşı bildirir ki, adının Hüseyn olduğunu deyən bina sakininin sözlərinə görə, qadın özünü atmazdan öncə əri onun yanında olub. O, həyat yoldaşına " səni bağışlayıram düş aşağı" desə də xanım özünü binadan aşağı atıb. Binada yaşayan başqa bir sakinin bildirdiyinə görə, qadın və əri yaxınlıqda yerləşən "Komsomolski" deyilən ərazidə yaşayırlar. Onlar mübahisə etdikdən sonra qadın bu binaya özünü atmağa gəlib.

Müxbirimiz qadının özünü atdığı eyvana kimi çıxıb. Və oradan görünən mənzərələrin fotosunu sizə də təqdim edirik:

Mərhumun yaxınları onun düşdüyü yerə gül dəstəsi qoyublar.

Şahidlər bildiriblər ki, xanımıın əri "özünü atma vallah səni bağışlayıram" deyəndən sonra qız fikrindən daşınıb. Qayıtmaq istəyirmiş amma əli sürüşüb yıxılıb.

Əməkdaşımızın araşdırmaları davam edir. Yeni məlumatları təqdim edəcəyik.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.