Şəhərin mərkəzində avtobus atəşə tutuldu

10-09-2019, 03:31           
Şəhərin mərkəzində avtobus atəşə tutuldu
Yunanıstanın paytaxtı Afinanın mərkəzində turistləri daşıyan avtobus atəşə tutulub.

Axar.az yerli mediaya istinadən xəbər verir ki, hadisə “Karavel” mehmanxanasının yaxınlığında baş verib.

Bildirilir ki, Cənubi Koreyadan olan turistləri daşıyan avtobusun sürücüsü ilə digər minik avtomobilinin sürücüsü arasında mübahisə yaşanıb və nəticədə ikinci silahla avtobusun qapısına atəş açıb.

Olay zamanı xəsarət alan olmayıb.

İlkin ehtimala görə, mübahisə yol verməməyə görə baş verib.

Polis faktla bağlı araşdırma aparır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.