Rusiyada bir gündə 207 hektar ərazidə 16 meşə yanğını aktiv şəkildə söndürülüb

13-09-2019, 06:50           
Rusiyada bir gündə 207 hektar ərazidə 16 meşə yanğını aktiv şəkildə söndürülüb
Rusiyada aktiv şəkildə söndürülən meşə yanğınlarının sahəsi son bir gündə 166 hektara enib.

APA “RİA Novostiy”ə istinadla xəbər verir ki, bu barədə Federal Aviasiya Mühafizə Agentliyinin məlumatında bildirilib.

Bildirilib ki, bir gün əvvəl Rusiyada 207 hektar ərazidə 16 meşə yanğını aktiv şəkildə söndürülüb: “Sentyabrın 13-də Moskva vaxtı ilə saat 00.00-da Rusiya Federasiyası ərazisində 166 hektar ərazidə 14 meşə yanğını baş verib. Yanğının söndürüldüyü ən böyük ərazidə - Krasnoyarsk diyarında 151 hektar ərazidə meşə fondu torpaqlarında səkkiz yanğın müəyyən edilib”.

Qeyd edək ki, ötən gün ərzində 73 hektar ərazidə 35 meşə yanğının qarşısı alınıb.
Krasnoyarsk ərazisinin iki, Yakutiyanın isə bir bölgəsində fövqəladə rejim tətbiq edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.