Meksikada "Discovery" telekanalının operatoru öldürülüb

13-09-2019, 07:10           
Meksikada "Discovery" telekanalının operatoru öldürülüb
"Discovery" telekanalının fotoqraf və operatoru Erik Kastilyo, Qerrero ştatının Akapulko şəhərində naməlum cinayətkarlar tərəfindən qətlə yetirilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Quadratin" xəbər agentliyi cümə axşamı məlumat yayıb.

Kastilyoya hücum 24 saat işləyən mağazanın yaxınlığındakı dayanacaqda olub. Agentliyin məlumatına görə, silahlı quldurlar onun yolsuzluq avtomobilini ələ keçirməyə çalışıblar. Nəticədə o, qətlə yetirilib.

Bu il Meksikada artıq 10-dan çox jurnalist zorakılığın qurbanı olub.

2000-ci ildən bəri Latın Amerikası ölkəsində ən az 150 media işçisi öldürülüb ki, onlardan da 9-u 2018-ci ilə təsadüf edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.