"Google"un işində problem yaranıb

17-09-2019, 07:17           
"Google"un işində problem yaranıb
Amerikanın “Google” axtarış sisteminin işində problemlər müşahidə olunur.

“Report” xəbər verir ki, bu barədə “Downdetector” saytının məlumatlarından məlum olur.

Bildirilir ki, “Google”un işindən daha çox ABŞ, Avstraliya, Yeni Zelandiya, Yaponiya və Böyük Britaniya daxil olmaqla Avropanın bir çox ölkələrinin sakinləri şikayət edir.

“Downdetector”un məlumatına görə, istifadəçilərin böyük əksəriyyəti axtarış verən zaman problemlə üzləşiblər. Bəziləri isə avtorizasiya ilə bağlı problemlər olduğunu deyir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.