Bakıda helikopter qəzaya uğradı — Pilot yaralanıb

18-09-2019, 10:47           
Bakıda helikopter qəzaya uğradı — Pilot yaralanıb
Ötən həftə Bakıda vertolyot qəzası baş verib.

Teref.az “avtosfer.az”a istinadən xəbər verir ki, hadisə Badamdar qəsəbəsində qeydə alınıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yaxınlığında yerləşən "Naftalan" istirahət mərkəzinin üst tərəfində kiçik aerodromda qeydə alınan hadisə zamanı pilot ağır xəsarət alıb.

Məlumatda bildirilir ki, təlim helikopteri bir neçə dəfə qalxıb enmə hərəkətləri edib. Sonuncu hərəkət zamanı helikopter idarəetmədən çıxaraq yanı üstə yerə çırpılıb.

Nəticədə ağır qəza baş verib. Parça-parça olan helikopterin təxminən 5 tona yaxın yanacağı isə "Naftalan" istirahət mərkəzinin ərazisindən axaraq Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin qarşısındakı dairəyə qədər gəlib.

Hadisə yerinə Fövqəladə Hallar və Müdafiə Nazirliyinin əməkdaşları gəlib. Helikopterin hansı nazirliyə aid olduğu barədə dəqiq məlumat yoxdur.

Bildirilir ki, həmin aerodroma həm Fövqaladə Hallar, həm də Müdafiə Nazirliyinin helikopterləriı tez-tez eniş edir.

Xatırladaq ki, pilot helikopterdə təlim keçirmiş. Xoşbəxtlikdən helikopterin pəri yaxınlıqda olan yüksək gərginlikli elektrik xətlərinin yanında düşsə də ciddi problem yaratmayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.