Deputat Məşğulluq Xidmətini TƏNQİD ETDİ: - "Aşağı səviyyəli işləri təklif edir"

18-09-2019, 16:33           
Deputat Məşğulluq Xidmətini TƏNQİD ETDİ: - "Aşağı səviyyəli işləri təklif edir"
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Rauf Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin fəaliyyətini tənqid edib.

Unikal.org-un xəbərinə görə, deputat deyib ki, xidmət müraciət edən şəxsə ən aşağı səviyyəli işləri təklif edir: “Həmin şəxs də deyir ki, ali təhsilliyəm. Ona görə də təklif edilən işdən imtina edir. Beləliklə, həmin vətəndaş işsiz qalır. Bu məsələyə hansısa formada baxılmalıdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.