Mer öz müavinini döydürüb? - “Onun Kliçko ilə konflikti vardı”

19-09-2019, 07:35           
Mer öz müavinini döydürüb? - “Onun Kliçko ilə konflikti vardı”
Son günlər Kiyevin şəhər adminstrasiyasında baş verən hadisələr Ukraynanın gündəmində əsas yerlərdən birini tutmaqdadır. “AzPolitika.info” xəbər verir ki, Ukrayna mətbuatında Kiyevin meri, boksçu Vitali Kliçkonun öz müavinini döydürməsinə dair xəbərlər dərc edilib.

Xəbər verilir ki, ötən gün Kiyev merinin müavini Vladimir Solonçak yaşadığı evin girişində naməlum şəxslər tərəfindən xüsusi qəddarlıqla döyülüb. Xəstəxanaya yerləşdirilən V.Solonçakın başına 14 tikiş qoyulub, vəziyyəti ağırdır. Qapalı kəllə-beyin travması alan Solonçakın xəstəxanaya yerləşdirildiyi bildirilir. Qeyd olunur ki, hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma gedir.

Bu arada Kliçkonun sabiq müavini İlya Saqaydak mətbuata verdiyi açıqlamada cinayətin Kliçko tərəfindən sifariş olunduğunu bildirib: “Onun Kliçko ilə konflikti vardı. Onların arasındakı konflikt hədə-qorxulara, dava-dalaşa qədər çatırdı. Şəhər adminstrasiyasının əməkdaşları bunu yaxşı bilirlər.”

Kiyev polisi merin müavinini döyən şəxslərin axtarışı istiqamətində iş aparıldığına dair məlumat yayıb. Bu hadisə onsuz da çətin dönəmlər yaşayan V.Kliçko ətrafında söz-söhbəti daha da artırıb. Belə ki, Ukrayna hökuməti onun istefaya göndərilməsi barədə qərar çıxarıb və bu qərarın prezident tərəfindən təsdiqlənməsi gözlənilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.