Əfqanıstanda partlayış zamanı 1 uşaq həlak olub, 11 nəfər yaralanıb

22-09-2019, 09:24           
Əfqanıstanda partlayış zamanı 1 uşaq həlak olub, 11 nəfər yaralanıb
Əfqanıstanda partlayış törədilib.

"Report" xəbər verir ki, bu barədə "Tolonews" ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Xəbərdə bildirilir ki, hadisə Pərvan vilayətində baş verib. Əldəqayırma partlayıcı qurğunun partladılması nəticəsində 1 uşaq həlak olub, daha 11 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin rəsmiləri partlayışın "Taliban" silahlıları tərəfindən törədildiyini güman edirlər.

Daha əvvəl Əfqanıstanın cənubunda yerləşən Zabul vilayətində törədilən terror aktı nəticəsində 20 nəfər həlak olub, 95 nəfər yaralanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.