Külək yüzlərlə abonenti qazsız qoydu:“Azəriqaz” fəsadları aradan qaldırmağa çalışır – FOTO

22-09-2019, 15:15           
Külək yüzlərlə abonenti qazsız qoydu:“Azəriqaz” fəsadları aradan qaldırmağa çalışır – FOTO
“Azəriqaz” İstehsalat Birliyi gecə saatlarında əsən güclü külək nəticəsində baş verən qəzalarla bağlı məlumat yayıb.

Birliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a bildiriblər ki, gecə saatlarında əsən güclü külək nəticəsində baş verən bütün qəzalar barədə 104 və 185 saylı qaynar xəttinə daxil olan zənglər operativ şəkildə araşdırılır.

Əlaqədar departament, şöbə və idarələrə ötürülən məlumatlarla əlaqədar qəzaların nəticələrinin dərhal aradan qaldırılmasına, baş verən qaz sızmalarının ləğvinə başlanılıb.

Belə qəzalardan biri də Qaradağ rayonunun Qobustan qəsəbəsində qeydə alınıb. Belə ki, 9 saylı ikimərtəbəli yaşayış evinin həyətindəki ağac aşıb. Diametri 108 millimetr olan aşağı təzyiqli qaz xətti zədələnib və 120 abonent qazsız qalıb.

Bundan başqa, gecə 03:30 radələrində “Mercedes” markalı avtomobil Saatlı rayonu M.F.Axundov küçəsindən keçən diametri 159 millimetr olan daşıyıcı qaz kəmərini zədələyib və kəmər bir yerdən qırılıb. Nəticədə Saatlı rayonunun H.Əliyev prospektinin bir hissəsi, E.Hüseynov və Cavanşir küçələrində 300 abonentin qaz təchizatı dayandırılıb.

Masazır qəsəbəsində yaşayan media orqanlarından birinin əməkdaşından daxil olan məlumata da operativ reaksiya göstərilib. Onun hasarını güclü külək aşırıb və sayğac bağlandığı yerdən qopub. Hadisənin fəsadları aradan qaldırılır.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.