Azərbaycan diasporasının nümayəndəsi mahnını bəyənmədi - DJ-i belə öldürdü (ŞOK VİDEO)

14-10-2019, 10:51           
Azərbaycan diasporasının nümayəndəsi mahnını bəyənmədi - DJ-i belə öldürdü (ŞOK VİDEO)
Rusiyanın Leninqrad vilayətinin Kirov rayonunda kafedə dava baş verib.

Unikal.org 47news.ru-ya istinadla xəbər verir ki, kafedə DJ-lə azərbaycanlı müştəri arasında mübahisə yaranıb.

Həmyerlimiz təkid edərək mahnının dəyişdirilməsini istəyib. Ancaq DJ mahnını dəyişməkdən imtina edib. Qəzəblənən azərbaycanlı bıçaqla DJ-yə hücum çəkib və onun ürəyinə bıçaq sancıb.

13 oktyabr tarixində Kirov rayonunun, "Ladojskoya" küçəsindəki kafedə baş verən cinayətin bəzi detalları məlum olub. Ürəyindən bıçaqlanan DJ-i xəstəxanaya çatdırıblar, amma həkimlər onun həyatını xilas edə bilməyib.

İlkin məlumata görə, kadrlarda görünən ofisiant ölən DJ-in qardaşı olub.

Qeyd edək ki, cinayəti törədən şəxsin Azərbaycan diasporasının nümayəndəsi olduğu iddia olunur.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.